Modern.az

Şirvana 2 milyon pul ayrıldı

Şirvana 2 milyon pul ayrıldı

Təhsil

11 Yanvar 2013, 18:27

Prezident İlham Əliyev Şirvan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Modern.az Prezidentin rəsmi saytına istinadən bildirir ki, Şirvan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda şəhər üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılıb.

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!