Modern.az

Tibb mərkəzində konfrans keçirilib

Tibb mərkəzində konfrans keçirilib

Təhsil

6 Aprel 2013, 14:33


Aprelin 5-də “Ambassador” oteldə “EuroMed” Özəl Tibb Mərkəzinın təşkilatçılığı ilə “Mikrobioloji Dioqnostikada və Antibiotiklərə Rezistentliyin təyinində standartlar və yeniliklər“ mövzusuna həsr olunmuş konfrans keçirilib. Konfransa Azərbaycanın bir çox tanınmış həkimləri qatılıb.

Tədbiri Araz Qədimzadə açıq elan edərək, Vitek2 –compakt cihazının dünyada çoxdan istifadə edilməsindən və bu sahədə mütəxəssisləşmiş əcnəbi və yerli həkimlərin olduğundan danışıb.

Konfransda Türkiyədən dəvət edilmiş BioMerieux Dioqnostika Şirkətinin Qafqaz və Orta Asiya bölgələri üzrə direktoru Can Orhun, Dr. Oktay Öztürk və Azərbaycanın tibb elmləri üzrə fəlsəfə doktoru Ramin Bayramlı çıxış edərək, həkimlərə mikrobiologiya sahəsindəki yeniliklərdən və dünyadakı son texnoloji nailiyyətlərlə bağlı məlumat veriblər.   Tədbirin sonunda qonaqlara məlumat kitabçaları paylanılıb.  

Modern.az
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı