Modern.az

Azərbaycan-İran sərhəddi bağlanır

Azərbaycan-İran sərhəddi bağlanır

Təhsil

6 Aprel 2013, 17:51


Dünəndən etibarən İran-Azərbaycan sərhəddində gərgin vəziyyət yaranıb. Hazırda Biləsuvar sərhəd-keçid mənqəsədində olan əməkdaşımızın verdiyi məlumata görə, Azərbaycandan İrana getmək istəyən yüzlərlə soydaşımızı sərhəddən qonşu ölkəyə buraxmırlar. Nəticədə sərhəd-keçid mənqəsədində gərginlik yaşanıb.

Saatlara sərhəddə qalan vətəndaşlar narazılıqlarını bildirirlər.

“Dünəndən etibarən Biləsuvar sərhəd-keçid mənqəsədindəyik. Burada 400-dən çox azərbaycanlı İrana keçmək üçün növbə gözləyir. Azərbaycanda heç kimi İran tərəfinə buraxmırlar. Hətta belə məlumatlar da var ki, Biləsurar sərhəd-keçid mənqəsi bağlanacaq”-deyə əməkdaşımız bildirib.

Biləsuvar Gömrük İdarəsindən isə faktla bağlı bildirilib ki, sərhəddə yaranmış sıxlıq İranda tətil müddətinin başa çatması ilə bağlıdır.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı