Modern.az

Qəbələ paytaxt elan edildi

Qəbələ paytaxt elan edildi

Təhsil

26 İyun 2013, 12:19


2013-cü ildə Qəbələ (Azərbaycan), Gümrü (Ermənistan) və Mogilyov (Belarus) MDB-nin mədəniyyət paytaxtları elan olunub.  APA-nın məlumatına görə, bu barədə MDB ölkələri Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondun müşaviri Aleksandr Luçaninov bildirib.

Onun sözlərinə görə, iyunun 29-da Qəbələdə “MDB-nin mədəniyyət paytaxtları - 2013” dövlətlərarası proqramının təntənəli açılış mərasimi keçiriləcək.

Mərasimə fondun İdarə Heyətinin sədri Polad Bülbüloğlu və MDB ölkələrinin nümayəndələrindən ibarət böyük heyət qatılacaq. 28-30 iyun tarixlərində tədbir çərçivəsində dəyirmi masalar və panellərin təşkil olunması nəzərdə tutulub.

Açılış mərasimi ilə əlaqədar Qəbələdə MDB ölkələrindən olan yaradıcı kollektivlərin iştirakı ilə konsertlər təşkil olunacaq. 

Modern.az

 
Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!