Modern.az

İmtahanda 5 nəfərdə telefon aşkarlanıb - DİM

İmtahanda 5 nəfərdə telefon aşkarlanıb - DİM

Təhsil

21 May 2023, 15:13

Bu gün II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

 

Dövlət İmtahan Mərkəzindən "Modern.az"a bildirilib ki, 5 nəfərdə mobil telefon aşkarlandığı üçün onlar imtahandan xaric olunub.
 

Qurum qeyd edib ki, üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunacaq və onlar yay qəbul imtahanlarına da buraxılmayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!