Modern.az

Magistraturanın boş yerlərinə əlavə yerləşdirmə başlayır

Magistraturanın boş yerlərinə əlavə yerləşdirmə başlayır

Təhsil

28 Avqust 2023, 11:58

Avqustun 28-i saat 11:00-da ali təhsil pilləsinin magistratura səviyyəsinə boş qalan plan yerlərinə əlavə yerləşdirmə prosesinə start verilib.

 

Bu barədə Modern.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müraciətçilər //portal.edu.az/ vasitəsilə qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi məlumatların təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

 

Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat sentyabrın 4-ü saat 18:00-da yekunlaşacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...