Modern.az

“Azərsu” yeni xidmətini istifadəyə verdi

“Azərsu” yeni xidmətini istifadəyə verdi

Təhsil

30 Avqust 2013, 16:52

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə “Azərikard” prosessinq mərkəzi arasında əməkdaşlıq daha da genişlənir. Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, “Azərsu” ASC-nin onlayn-ödəmələr sisteminə qoşulması üzrə bütün işlər müvəffəqiyyətlə başa çatıb.

Artıq istər əhali, istərsə də qeyri-əhali abunəçiləri “Azərsu” ASC-nin rəsmi internet səhifəsinin (www.azersu.az) “Online ödəniş” bölməsinə daxil olub pastik kartlardan istifadə etməklə su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borclarını ödəyə bilərlər. Qeyd edək ki, “Azərsu” ASC-nin rəsmi internet səhifəsinin (www.azersu.az) “Online ödəniş” bölməsindən KÖMİS və GoldenPay ödəniş sistemlərinin xidmətlərindən də istifadə etmək mümkündür.   

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Zəngəzurla bağlı təcili xəbər! Dəhliz açılır - Proses başladı