Modern.az

Oqtay Əsədov xüsusi mükafata layiq görüldü

Oqtay Əsədov xüsusi mükafata layiq görüldü

Təhsil

4 Sentyabr 2013, 13:02


Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyası tərəfindən Milli Məclisin bir neçə üzvü mükafatlandırılıb.

Modern.az-ın Gəncə müxbirinin verdiyi xəbərə görə, QDİƏT-in hazırda Gəncədə keçirilən iclasında təşkilatın fəaliyyətində göstərdikləri xidmətlərə görə, Milli Məclisin sədri Oqtay Əsədov, deputat Musa Quliyev və parlamentin eks üzvü Yaşar Əliyev xüsusi mükafata layiq görülüb.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq (QDİƏT) Parlament Assambleyasının İqtisadiyyat komitəsinin  iclası Gəncədə keçirilir. Toplantıda Avropanın 30-a yaxın deputatı iştirak edir.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı