Ermənistan prezidenti Serj Sərkisyan ölkənin Milli Təhlükəsizlik Şurasının iclasını keçirib. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, Sərkisyan Vaşinqton və Moskva səfərləri barədə Şura üzvlərinə məlumat verib. Bundan sonra Şürada Türkiyə-Ermənistan münasibətlərinin nizamlanması prosesi müzakirə olunub. Erməni lider qeyd edib ki, o, bu məsələni siyasi koalisiyada təmsil olunan bir sıra partiyalarla müzakirə edib. Əldə olunan məlumata görə, prezident Sərkisyan bu gün Təhlükəsizlik Şurasında aparılmış müzakirələr gedişində qəbul olunmuş qərarla bağlı xalqa müraciət edəcək.