Modern.az

Məşhur rus məşqçi Orxan Zeynalovdan danışdı: “Moskvada baş verənlər siyasi məsələdir”

Məşhur rus məşqçi Orxan Zeynalovdan danışdı: “Moskvada baş verənlər siyasi məsələdir”

Təhsil

17 Oktyabr 2013, 17:11


“Qəbələ” futbol klubunun rusiyalı baş məşqçisi Yuri Syomin son günlər Moskvada baş verənlərə münasibət bildirmək istəməyib. 66 yaşlı mütəxəssis Modern.az saytına açıqlamasında deyib ki, bu haqda danışmaq istəmir:

“Mənim bu barədə danışmağım doğru olmaz. Çünki Moskvada baş verənlər siyasi məsələdir. Ona görə də münasibət bildirmək istəmirəm”.

Qeyd edək ki, 31 yaşlı Azərbaycan vətəndaşı Orxan Zeynalovun Moskva sakini Yeqor Şerbakovu öldürməkdə şübhəli bilinərək saxlanılması Rusiyada soydaşlarımıza qarşı rəsmi və qeyri-rəsmi səviyyədə münasibətin kəskinləşməsinə səbəb olub.  

İntiqam Valehoğlu  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı