Ermənistan prezidenti Serj Sərkisyan Qazaxstanın dövlət başçısı Nursultan Nazarbayevi İrəvana rəsmi səfərə dəvət edib. Modern.az bildirir ki, bu barədə düşmən ölkənin Astanadakı səfiri Ara Saakayan N.Nazarbayevə etimadnaməsini təqdim edərkən bildirib.
Ara Saakyan Nursultan Nazarbayevi Ermənistan prezidenti adından rəsmi səfərə dəvət etdiyini bildirib. Səfir iki ölkənin dost münasibətlrə malik olduğunu xatırladıb. “Bizim ağrılı problemimiz var - bu Dağlıq Qarabağ problemidir. Biz hesab edirik ki, ATƏT-in Minsk qrupunun səyləri hələ tükənməyib. Biz bütün dövlətlərdən o cümlədən Qazaxıstandan bu məsələdə tarazlaşdırılmış yanaşma gözləyirik”- deyə erməni səfir vurğulayıb. Sonda o əlavə edib ki, Ermənistan Qazaxıstanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzv olmasına səs verəcək.