Modern.az

Kamil insan - İbrahim Nəbioğlu

Kamil insan - İbrahim Nəbioğlu

Təhsil

24 Oktyabr 2013, 10:51

Dünyanın əşrəfi insandırsa, insanlığın da ziynəti mükəmməl tərbiyə və yüksək intellektdir. Bu göstəriciləri hər kəs özü üçün arzulaya bilər, lakin nəticə hasil etmək nisbətən çətindir. Çünki bu göstəricilərə nail olmaq üçün möhkəm təməlli ailə institutundan çıxmaq lazımdır. Məhz bu cür ailənin möhkəm təməlini hər birimizin hörmətlə sevdiyi, indi də ehtiramla yad etdiyi Nəbi müəllim Yaqubov yaratmışdır. Nəbi müəllimin sadəliyi, insanlığı, ötkəmliyi, yumşaqlığı, sərtliyi, bir az da yerliçiliyi ailə üzvlərinin həyat istiqamətində bir mayak kimi daim bərq vurmuşdur. Nəbi müəllimin ailəsində tarixin bu günündə - 24 oktyabr 1961-ci ildə dünyaya göz açan körpə İbrahimin uşaqlıq, yeniyetməlik, gənclik illəri əsasən qeyri-dinlilərin, qeyri-dillilərin əhatəsində keçsə də onun əxlaqında, mənəviyyatında yad elementlər müşahidə olunmadı. Əksinə, “dağlı” dostlarının çoxuna az və ya çox dərəcədə özünün malik olduğu keyfiyyətləri ötürdü. Beşiyi başından səslənən ulu sazın sehrinə saldı onları. Ata ocağından pərvazlanan İbrahim Yaqubov savadlı, özü də yüksək savadlı bir gənc kimi ali təhsil alaraq mühəndis peşəsinə yiyələndi. İnsanlığının kamilləşməsi ilə, elmi araşdırmalarının kəsişməsində alim adını da qazandı, İbrahim Yaqubov. Lakin genindən, torpağından, qədim Qazax elindən, İncə dərəsindən gələn enerji, ilham İbrahim müəllimi özündən də asılı olmadan bacarıq sahələrində şaxələndirdi. Bəlli çevrədə tanınan və sevilən İbrahim müəllim, yeni adla – İBRAHİM NƏBİOĞLU adı ilə “mavi ekran”lardan hər kəsin evlərinə gələrək milyonların sevimli ailə üzvlərinə çevrildi. Qardaş Türkiyə haqqında xəyalən belə, xəbəri olmayan soydaşlarmıza və intellektual insanlarmıza öz şirin, axıcı, məlahətli səsi ilə informasiyalar aşılayaraq Türkiyəni bizə sevdirdi. Sonra İstanbulda Azərbaycanın Baş konsulu olaraq, soydaşlarmızın problemlərinə dərindən yanaşaraq, onlara köməkliklər edirdi. Dəmir iradəsi, diplomatik münasibəti, təbii səmimiliyi ilə hər birimizin sevimlisi olan İbrahim müəllim “Palmali” şirkətlər qrupunda vitse-prezidentdir.

Dünya ədəbiyyatının nəhənglərini oxuyan, dünyanın korifey sənətkarlarının musiqisini duyaraq dinləyən İbrahim Nəbioğlu İncə dərəsində yetişən şeirləri, hətta el “qım-qımı”larını, türkün musiqi simvolu olan ulu sazı da nəhənglər sırasına qaldıra bilir. İbrahim Nəbioğlu insanlığı ilə şəxsiyyətini, şəxsiyyəti ilə də insanlığını tamamlayan nadir insanlardandır.

Dəyərli İbrahim bəy, sizin haqqınızda çox yazmaq, çox danışmaq olar. Siz ucaldıqca auranızdan ətrafa sadəlik, təmkinlik bərq vurur. Elə haqqınızda da sadə yazmaq, sadə danışmaq sizin şəxsiyyətinizin əhatəli ifadə edilməsinə gətirib çaıxarır.

Doğum gününüz mübarək olsun, dəyərli İbrahim bəy!

Yusif Alı Afşar

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı