Bakıdakı 32 saylı Suraxanı 3-cü seçki dairəsinin 22-ci məntəqəsinin möhürü itib. Modern.az bildirir ki, məntəqə sədri bu barədə rəsmi “Azərbaycan” qəzetində elan verib.
Seçki məntəqəsi Büblüblə qəsəbəsində Sabir adına Mədəniyyət Evində yerləşir. Seçki məntəqəsinin sədri Laura Engels qızı Quliyevadır.
Möhürün hansı şəraitdə itdiyi məlum deyil.
Modern.az