Modern.az

Milli Parkdakı “Ağ” musiqili fəvvarə niyə işləmir?

Milli Parkdakı “Ağ” musiqili fəvvarə niyə işləmir?

Təhsil

24 Oktyabr 2013, 14:00


Son günlər bulvara musiqili fəvvarəyə tamaşa etməyə gedənlər kor-peşman geri qayıdırlar. Paytaxt sakinləri musiqili fəvvarənin işləmədiyini və bu səbəbdən də qoşulmadığını deyirlər.

Modern.az-a açıqlamasında Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib ki, fəvvarənin iş vaxtı dəyişdirilib. İdarə səlahiyyətlisinin sözlərinə görə, qış rejiminə keçdiyindən fəvvarə fərqli saatlarda qoşulur.

“Fəvvarədə heç bir nasazlıq yoxdur. Sadəcə yay vaxtı başqa saatlarda qoşulurdu. Havalar soyuduğundan başqa vaxtlarda işə salınır. Həftənin istirahət günləri, altıncı və bazar günləri axşam saatlarında işə salınır” .  

Xatırladaq ki, fəvvarənin layihəsi İtaliyada hazırlanıb və musiqili fəvvarə dünyada yeganədir. Layihənin müəlliflik hüququ Azərbaycana məxsusdur. Fəvvarənin hovuzunda Braziliyadan hazır gətirilən ağ kristallik mərmərlər, ətrafa isə Yaponiya texnologiyası əsasında hazırlanan qranit döşənib. Fəvvarənin ətrafındakı işıqlandırma sistemi yapon mütəxəssislərinin ideyasıdır. Fəvvarə və nasoslar zirzəmidə quraşdırılan avtomatik sistemlə idarə olunur.

Musiqi kompozisiyası Çaykovski, Ştraus və Sviridovun əsərləri, habelə Alim Qasımovun ifa etdiyi muğam əsasında hazırlanıb.

  Gültəkin ƏLƏSGƏR  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı