Modern.az

“Azərbaycanın AvroNest-də fəaliyyətini dayandırması tələsik addımdır” - ŞƏRH

“Azərbaycanın AvroNest-də fəaliyyətini dayandırması tələsik addımdır” - ŞƏRH

Təhsil

24 Oktyabr 2013, 14:11

qabil huseynli
Azərbaycanda keçirilən prezident seçkilərdən sonra Avropa Parlamentinin ikili münasibəti  bir qədər soyuqluq yaratdı. Məhz, bu səbəbdən də Azərbaycan AvroNest PA-da fəaliyyətini dayandıra biləcəyini bəyan edib.

“Avropa Parlamentinin bu addımı Azərbaycanda daxili sabitliyi pozmağa  yönəlib”. Bu sözləri Modern.az açıqlamasında politoloq, prezidentin keçmiş müşaviri Qabil Hüseynli AP-nin seçilərlə bağlı rəyini şərh edərkən bildirib.

“Bu  çox biabrçı haldır. Özünü ciddi qurum sayan Avropa Parlamenti əvvəl bir mövqe nümayiş etdirir, üstündən müəyyən bir an keçəndən sonra başqa bir mövqeyini sərgiləməyə başlayır. Bütün bunlar onu göstərir ki, onlar bütövlükdə seçki prosesini ya ciddi müşahidə etməyiblər, ya da müşahidə edərkən subyektiv rəyləri ön plana çəkiblər.

Mənim zənnimcə, bu gün gündəmdə onların birinci qərarı olmalıdır. Çünki  seçkilərin nəticələrini şəffaf və demokratik hesab etmişdilər və bunu qəbul edirdilər”.

Politoloqun fikrincə, seçki ilə bağlı sonradan fərqli qərarı çıxartmaları Azərbaycana subyektiv münasibətin göstəricisidir. “Azərbaycanda daxili sabitliyi pozmağa çalışan addımlar atmaq niyyətindədirlər. Avropa Parlamentinin bu addımını pisləyirəm və qəbuledilməz hesab edirəm”.

Qabil Hüseynli Azərbaycanın AvroNest PA-da fəaliyyətinin dayandırılmasına da toxunub. “Azərbaycanın AvroNest  PA-da öz fəaliyyətini dayandırmasını tələsik addım hesab edirəm. Məncə, ölçüb-biçib müəyyən müddətdən sonra qərar qəbul etməliyik. Tələsik qərarların qəbul edilməsinin Azərbaycanın qərblə münasibətlərinə zərər vura biləcəyi qənaətindəyəm. Ona görə də düşünürəm ki, belə bir addımı atmamaq lazım idi”-deyə vurğulayıb. 

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı