Modern.az

Müdafiə nazirinin müavini 25 hərbi qulluqçuya mənzil orderi verdi - FOTOLAR

Müdafiə nazirinin müavini 25 hərbi qulluqçuya mənzil orderi verdi - FOTOLAR

Təhsil

16 Noyabr 2013, 13:41

Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Azərbaycan Prezidentinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli Fərmanının icrası məqsədilə Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox xidmət etmiş 25 nəfər hərbi qulluqçuya yeni verilmiş mənzillərin sənədləri təqdim olunub.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Mərasimdə müdafiə nazirinin müavini general-leytenant Çingiz Məmmədov, hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunması prosesinin uğurla davam etdiyini bildirib, zabitlərə və onların ailə üzvlərinə müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbriklərini çatdırıb.

Ötən müddət ərzində Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamına əsasən 300-ə yaxın hərbi qulluqçu daimi, 400-dən çox hərbi qulluqçu isə xidməti mənzillə təmin olunub.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı