Modern.az

Moskvada Qadın Şairələrin yaradıcılıq gecəsi keçirilib

Moskvada Qadın Şairələrin yaradıcılıq gecəsi keçirilib

Təhsil

16 Noyabr 2013, 15:39
Modern.az xəbər verir ki, Moskvada yaşayan ziyalı qadınlardan ibarət Moskva Qadınlar liqasının təşəbbüsü  və azərbaycan dilli 157 saylı Moskva orta təhsil məktəbinin müəllim kollektivinin köməyilə Moskvada yaşayan şairə xanımların yaradıcılıq gecəsi keçirilib. Gecədə şairə Afaq Şıxlının, Mehparə Hümbətovanın və gənc şairə Nilufər A.Şıxlının şeirləri,  şairələrin öz ifasında və məktəbin müxtəlif millətdən olan şagirdlərinin ifasında səslənib.

Tədbiri qadınlar liqasının sədri Mehparə Hümtova açaraq,  bura toplaşan hər kəsi, bütün ədəbiyyatsevərləri salamlayıb.

Təşkil edilən  günün Azərbaycan ədəbiyyatının inkişafına və onun Moskvada tanınmasına bir qatqı olduğunu bildirərək sevincini gizlətməyən xanım gecənin təşkil olunmasında böyük əməyi olan müəllimə və metodist Sevil İsmayılova da öz gələn qonaqlara salam və təşəkkürlərini bildirib. Musiqili-ədəbi gecə məşhur tarzən Qorxmaz Axundovun ürəkləri riqqətə gətirən tarının gözəl notlarıyla başlayıb. Müəllimə Xalidə Əliyeva öz gözəl səsilə hər kəsi kövrəldərək payız nəfəsli bir şeirlərini səsləndirib. Daha sonra söz şairə Afaq Şıxlıya verilib.  Afaq xanım qonaqlara sözə və sənətə olan sevgilərindən dolayı 157 nömrəli məktəbim müəllim və şagird kollektivinə, eləcə də Mehparə xanıma öz dərin minnətdarlığını bildirib,  şairə iştirakçıların təkidilə “Yağış yağır” və “Mənə mələyim de!” şeirlərini ifa edib.   Gecənin davamında söz gənc şairə Nilüfərə söz verilib. O da öz növbəsində qonaqları salamlayaraq bu günü onunçün əhəmiyyətli olduğunu bildirib. “Bu gün mənim  ilk yaradıcılıq gecəmdir və bundan  dolayı da çox xoşbəxtəm”.   Gecədə Afaq xanımın anası Şixlinskaya Mirvari xanım iştirak edib. Səhnəyə dəvət olunan Mirvari xanım bir ağbirçək kimi qürbətdə yaşayan oğul və qızlara öz xeyir-duasını verib və bu gün sevincindən gözlərinin dolduğunu, öz dilini və millətini sevən soydaşları ilə fəxr etdiyini, həm də öz qızının yaradıcılığı ilə qürur duyduğunu  bildirib.

 

 

 

 

“RİA Xəbərlər”in Azərbaycan versiyasının müxbiri və redaktoru Nilufər. 

Moskva

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı