Modern.az

Azərbaycan Qadın Jurnalistlər Assosiasiyasının rəhbəri Bişkekdən qayıdıb

Azərbaycan Qadın Jurnalistlər Assosiasiyasının rəhbəri Bişkekdən qayıdıb

Təhsil

16 Noyabr 2013, 15:40


Bir neçə gün əvvəl Qırğızıstanın paytaxtı Bişkekdə Türkdilli Ölkələrin və Toplumların III Media Forumu keçirilib. Təşkilatçı ölkə ilə yanaşı, Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Şimali Kipr Türk Cumhuriyyəti, Rusiya, İraq, Yunanıstan və.s ölkələrdən nümayəndələrin qatıldığı forumda müxtəlif məsələlər müzakirə olunub.

Modern.az tədbirdə iştirak edən Azərbaycan Qadın Jurnalistlər Assosiasiyasının rəhbəri Sevil Yusifovanın fikrlərini öyrənib. Onun sözlərinə görə, internet medianın gələcəyi də müzakirə olunan əsas məsələlər sırasında olub:

“Türkdilli Ölkələrin və Toplumların III Media Forumunda əsas mövzu yeni media çalarları idi. Yəni internet mediasının, sosial medianın həm özəllikləri, stratejiləri, həm də türk qurumlar arasındakı əlaqələrin inkişafında təsiri müzakirə  olundu. Fikirlər ,əsasən, gələcək internet mediasının necə olacağı üzərində cəmləşmişdi. Sözsüz ki, yazılı mətbuatın get-gedə öz ömrünü yeni mediaya verəcəyi, internet mediada etik kodekslərə yol vermək, böhtan xarakterli materiallardan uzaq durmaq məsələləri daha çox müzakirə olundu”.

S.Yusifova forumda türk toplumlarının mediada əməkdaşlığına da diqqət yetirildiyini bildirdi: “Orada səslənən fikirlərdən biri də türk dünyasının mediada əməkdaşlıq formaları idi. Türk toplumları informasiyaları ilkin mənbədən necə alıb ötürsün. Məsələn, Qarabağla bağlı ermənilər tərəfindən yalan məlumatlar yayılır və bu türkdilli xalqların mətbuatında yer alır. Bunun qarşısının alınması üçün yaxşı olar ki, kordinasiya şurası, tükdilli xalqlar arasında ortaq akt yaradılsın və bu məsələlərə diqqət yetirilsin. Çox sevindirci hal oldu ki, həmin günü Trend informasiya agentiyi ilə Qırğızıstanın dövlət agentliiyi arasında əməkdaşlıq sazişi bağlandı”.  

Misranə Həsənzadə
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı