Modern.az

Su kanalından 13 yaşlı uşağın cəsədi çıxarıldı

Su kanalından 13 yaşlı uşağın cəsədi çıxarıldı

Təhsil

26 Noyabr 2013, 01:25

Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində, qəsəbə sakini, 2000-ci il təvəllüdlü Rzazadə Ərəb Əflatun oğlu Samur-Abşeron kanalına düşərək boğulub.

FHN-nin məlumatına görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında nazirliyin dalğıc-xilasediciləri kanalda axtarış-xilasetmə işlərinə başlayıblar.

Xilasedicilər 13 yaşlı uşağın cəsədini batdığı yerdə taparaq aidiyyəti üzrə təhvil veriblər.
Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!