Modern.az

Hüquq müdafiəçisi Vidadi İsgəndərli həbs olunub

Hüquq müdafiəçisi Vidadi İsgəndərli həbs olunub

Təhsil

1 Dekabr 2013, 01:05

Hüquq müdafiəçisi Vidadi İsgəndərli Göyçayda həbs olunubHüquq müdafiəçisi Vidadi İsgəndərli Göyçay rayonunda həbs olunub.
 
Göyçay rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, bu gün Vidadi İsgəndərli Göyçay şəhərindəki mərkəzi parkda saxlanılıb.
 
Polisdən onun sərxoş olduğu, dövlət əleyhinə və ayrı-ayrı məmurların ünvanına kobud sözlər söylədiyi, ictimai asayişi pozduğu bildirilib.
 
Məlumatda bildirilib ki, ərazidə xidmət göstərən post patrul xidmətinin əməkdaşları V. İsgəndərlini ictimai qaydanı pozmamağa çağırsalar da, o buna məhəl qoymayıb.
 
V. İsgəndərli rayon Polis Şöbəsinə gətirilib və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə (polisin qanuni tələbinə əməl etməmə) inzibati protokol tərtib edilib.
 
Göyçay rayon Məhkəməsi Vidadi İsgəndərli barəsində 15 sutkalıq həbs qərarı verib.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı