Çin Aya insanlı kosmik gəmi göndərməklə SSRİ və ABŞ-dan sonra dünya tarixinə 3-cü dövlət kimi keçir
Kosmosa Rusiya və ABŞ-dan sonra insan göndərən 3-cü ölkə olan Çin, eyni zamanda, Aya kosmik gəmi göndərən 3-cü ölkə olmaq istəyir.
Modern.az Rusiya mətbuatına istinadən bildirir ki, Çin ölkənin ilk kosmik gəmisi "Change-3"-ü Aya göndərməyə hazırlaşır. Bu, uğurla başa çatacağı halda, Çin 2020-ci ilədək Yerin yeganə peykində bir kosmik stansiya qurmaq niyyətindədir. Bununla da Çin Rusiya və ABŞ -dan sonra Aya endirilmiş kosmik gəmiyə malik 3-cü ölkə olacaq.
Çinin kosmik gəmisi dekabrın 2-də yerli vaxtla saat 01:30-da ölkənin cənub-qərbindəki Siçuan əyalətindən Aya yola salınacaq.
Modern.az