Modern.az

Azərbaycanda ana doğuş vaxtı ölüb

Azərbaycanda ana doğuş vaxtı ölüb

Təhsil

20 Dekabr 2013, 10:29

Bakıda ana doğuş zamanı vəfat edib. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün 5 saylı Doğum Evində qeydə alınıb.

Qaradağ Rayonu Ələt qəsəbə sakini, 1982-ci il təvəllüdlü Züleyxa Xudaverdi qızı Göyüşovanın qız övladı dünyaya gəlib.

Lakin qeysəriyyə əməliyyatı ilə aparılan doğuşdan sonra Z. Göyüşovanın səhhəti pisləşib. Həkimlərin müdaxiləsinə baxmayaraq, o dünyasını dəyişib.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.  

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı