Modern.az

Gənc müğənni Mirkamil Kamilov ürəyindən əməliyyat olunub

Gənc müğənni Mirkamil Kamilov ürəyindən əməliyyat olunub

Təhsil

2 Yanvar 2014, 12:29

Gənc müğənni Mirkamil Kamilov İranda ürəyindən əməliyyat olunub. Xalq artisti Mələkxanım Əyyubovanın APA-ya verdiyi məlumata görə, bacısı oğlu Mirkamil hazırda özünü yaxşı hiss edir: “Əməliyyat uğurla olub, Mirkamil özünü yaxşı hiss edir. Şükür Allaha, hər şey yaxşılıqla qurtardı”.

Qeyd edək ki, Mirkamil Kamilov bir müddət öncə müayinə üçün İrana səfər edib. Müayinə zamanı onun ürəyində ciddi problemlərin olduğu üzə çıxıb və həkimlər əməliyyatın zəruri olduğunu bildiriblər. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı