Modern.az

Elmar Məmmədyarov Ermənistanın xarici işlər naziri ilə görüşüb

Elmar Məmmədyarov Ermənistanın xarici işlər naziri ilə görüşüb

Təhsil

24 Yanvar 2014, 21:33


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 23-24 yanvar tarixlərində Parisdə, Kiyev görüşünün davamı olaraq, ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ilə ayrı-ayrılıqda görüşlər keçirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Modern.az-a  açıqlamasında bildirib ki, danışıqlar zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı məzmunlu, konkret və intensiv müzakirələr aparılıb: "Azərbaycanın mövqeyini konkret şəkildə vurğulayan E.Məmmədyarov bildirib ki, Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən nə qədər tez çıxarılsa, bir o qədər qısa müddət ərzində münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə nail olmaq olar".

Onun sözlərinə görə, görüşdə bir sıra məsələlər üzrə həmsədrlərlə müzakirələrin davam etdirilməsi barədə razılıq əldə olunub: "Azərbaycanın ərazi bütövlüyünün bərpası Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqların əsasını təşkil edir".

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı