Suriyadan gələn xəbərlərdə Bəşər Əsəd tərəfdarlarının törətdikləri vəhşiliklərin hər an daha da dəhşətli hal aldığı bildirilir.
ANS PRESS-in Suriya mətbuatına istinadən verdiyi məlumata görə, Bəşər Əsadın silahlı əsgərləri bir ailəyə hücum edərək, görünməmiş vəhşilik törədiblər.
Verilən məlumatda bildirilir ki, silahlılar ailənin 3 oğlunu analarının və 2 bacısının gözü qarşısında əvvəlcə döyüblər. Daha sonra, silahlılar 8, 12 və 18 yaşlı qardaşları tikə-tikə doğrayıblar. Onlara etiraz edən yaşlı atanı və ananı da döydükdən sonra qızları lüt soyundurublar. Silahlılar 15 və 21 yaşlı qızları kütləvi şəkildə zorlayıblar. Hətta atanı da qızları ilə cinsi əlaqəyə girməyə məcbur ediblər. Kişi bundan imtina etdikdə isə onu da bıçaqla hissələrə parçalayıblar.