Modern.az

İsa Qəmbər ad gününü qeyd edir

İsa Qəmbər ad gününü qeyd edir

Təhsil

24 Fevral 2014, 09:39

Bu gün Müsavat Partiyasının başqanı,  Azərbaycan parlamentinin eks-spikeri İsa Qəmbərin 57 yaşı tamam olub.
İsa Yunis oğlu Qəmbər 24 fevral 1957-ci ildə Bakı şəhərində dünyaya gəlib. Atası Yunis Heydər oğlu Qəmbərov kimya elmləri doktoru, Azərbaycan EA-nın müxbir üzvü, SSRİ-də tanınmış kimyaçı-alim, anası Tahirə Abbas qızı Qəmbərova kimya elmləri namizədi olub. 
İsa Qəmbər 1964-1974-cü illərdə 62 saylı Bakı şəhər orta məktəbində təhsil alıb. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub, 1979-cu ildə oranı bitirib. 1979-1982-ci illərdə Azərbaycan EA Naxçıvan Elm Mərkəzində, 1982-1990-cı illərdə Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışıb. Geniş ictimaiyyət tərəfindən 1985-ci ilin yanvarından Zori Balayanın "Ocaq" kitabına yazdığı cavabla bağlı tanınsa da, fəal siyasətə 1988-ci ildən qoşulub. Akademiyada işləyərkən İran, Türkiyə və Yaxın Şərqdəki siyasi prosesləri geniş tədqiq edib, Qərb ölkələrinin siyasi həyatı ilə maraqlanıb. "1978-1979-cu illər İran inqilabı" mövzusunda dissertasiya işi yazıb. AXC-nin yaradıcılarından biri, ilk İH-nin üzvü,1990-1991-ci illərdə AXC təşkilat şöbəsinin müdiri, sonra sədr müavini olub. 
1990-cı ildə xalq deputatı seçilib. 1991-ci ildə Azərbaycan Ali Soveti Milli Şurasında Xarici İşlər komissiyasına sədrlik edib. 1992-ci ilin may ayında Ali Sovetin sədri seçilib. 
1992-ci il may-iyun aylarında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edib. Müsavatı bərpa edən mərkəzə rəhbərlik edib və 1992-ci ilin noyabr ayında Müsavat Partiyasının III Bərpa Qurultayında təşkilatın başqanı seçilib.
 2003-cü ildə "Bizim Azərbaycan" blokunin prezidentliyə onun namizədi olub. 2003-cü il Prezident seçkilərinin rəsmi nəticələrinə görə 8 namizəd arasında 13.97% səs toplayaraq 2-ci yer tutub.

Evlidir, 2 oğlu var: Turqut Qəmbər və İlkin Qəmbər. Həyat yoldaşı Aida Rəhim qızı Qəmbər (Bağırova) tarix elmləri namizədi, Bakı Dövlət Universitetinin dosentidir.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!