Modern.az

ARDNŞ: “İxtisarların səs-küyə səbəb olması şirkətdəki məmurlarla bağlı idi”

ARDNŞ: “İxtisarların səs-küyə səbəb olması şirkətdəki məmurlarla bağlı idi”

Təhsil

24 Fevral 2014, 13:31

 

“Bu gün ARDNŞ-də 60 min 77 min nəfərlik ştatı və 3093 vakant yer var. Şirkətin elə sahələri var ki, ora peşəkar kadrlar tələb olunur”. Modern.az xəbər verir ki, bu barədə ARDNŞ-nın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xaliq Məmmədov məlumat verib. “Neft Şirkətində elə ixtisaslar var ki, ora bir neçə dəfə müsabiqə elan etmişik, amma həmin sahə üzrə heç bir kadr qəbul olunmayıb. Məsələn, energetika, avtomatika, layihəçi-mühəndis, inşaat mühəndisi və s. Hətta biz bir müddət işçi qəbulunu dayandırdıq. 80-90-cı illərdə yaxşı kadrlar yaranmadı. Çünki həmin vaxt ali məktəbə qəbul olanların böyük əksəriyyəti 180 balla universitetə daxil olublar. Həmin tələbələr universiteti bitirib şirkətə işə düzələndə şirkətdəki təqaüdçüləri əvəzləyə bilmirdilər. Amma indi Ali Neft Məktəbinin universitetə qəbul olan tələbələrinin ən aşağı balı 637-dir”.

Vitse-prezident onu da bildirib ki, şirkətdəki ixtisarların belə səs-küyə səbəb olması şirkətdəki məmur işçilərin ixtisarı ilə bağlı idi. “Həmin şəxslərə ikinci peşə ilə məşğul olmaq təklif olunurdu. Onlar isə çox vaxt bununla razılaşmır”.

 

Gültəkin Ələsgər

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı