Modern.az

Ukraynada “Putin-bizim lider” şüarı ilə 20 minlik AKSİYA keçirilib

Ukraynada “Putin-bizim lider” şüarı ilə 20 minlik AKSİYA keçirilib

Təhsil

24 Fevral 2014, 13:35


Ukraynanın tərkibində olan Krım Muxtar Respublikasının Sevastopol şəhərində Rusiya meylli qüvvələr aksiya keçirib. Modern.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Hərbi Dəniz Qüvvələrinin donanmasının olduğu yerdə Ukrayna müxalifəti əleyhinə etiraz edənlərin sayı 20 minə çatıb. Məlumatlara görə bazar günü gerçəkləşən mitinqlərdə etirazçılar Ukraynada baş verənləri faşizm adlandırıb və “Putin bizim lider”, “Rusiya bizi geri al!”, “Krımda faşizmə keçidə imkan verməyəcəyik” kimi şüarlar səsləndiriblər. Bəzi iddialara görə isə aksiya iştirakçıları sözügedən bölgədə yerləşən  bələdiyyə binasındakı Ukrayna bayrağını endirərək cırıb. Rusiya mənbələrində yer alan bilgilərə  Ukraynanın Qaradəniz, sahili, Odessa və Kerç şəhərlərində də oxşar etirazlar keçirilib.


Aqşin Kərimov
 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı