Modern.az

“Bəzi tələbələr aksiya çağırışı etsələr də, hər şey qaydasındadır” - BDU-dan AÇIQLAMA

“Bəzi tələbələr aksiya çağırışı etsələr də, hər şey qaydasındadır” - BDU-dan AÇIQLAMA

Təhsil

24 Fevral 2014, 15:31

“Hər şey qaydasındadır. Birinci növbənin də, ikinci növbənin də dərsləri qaydasında keçir. Bizdə olan məlumata görə, bəzi tələbələr aksiyayla bağlı çağırış ediblər. Hər hansı bir tələbənin çağırış eləməsi onların öz fikridir. Amma universitetin həyətində belə bir aksiya olmayıb. Vəziyyət normaldır, heç bir qarışıqlıq yoxdur”.

Bunu Modern.az saytına açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova deyib.

Qeyd edək ki, BDU-da bu günə planlaşdırılan aksiya ilə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirildiyi, tələbə bileti olmayanların içəri buraxılmadığı, əraziyə çoxlu sayda polis əməkdaşının cəlb edildiyi, jurnalistlərin universitetin ərazisinə keçməsinə icazə verilmədiyi ilə bağlı məlumatlar sosial şəbəkədə və xəbər saytlarında yayılıb.

Misranə Həsənzadə

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı