Ukrayna Ali Radasının deputatı, milis generalı Gennadi Moskal Kiyevdə etiraz edənlərə hücuma rəhbərlik edənlərin siyahısını açıqlayıb. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, onun sözlərinə görə, xüsusi əməliyyatın hazırlanmasına Rusiyanın Baş Kəşfiyyat İdarəsinin birinci müavini yardım edib:
“Nəhayət, mənim əlimdə aksiya iştirakçılarını meydandan çıxarılması məqsədilə hazırlanan “Bumeranq” və “Volna” adlanan xüsusi əməliyyat planı var. Sənədlərlə sübut olunur ki, İnstitut küçəsindəki snayperlər Daxili Qoşunların xüsusi əməliyyat dəstəsinin döyüşçüləri olublar və onlara polkovnik S.Asavalyuk rəhbərlik edib. Onun dediyinə görə, Daxili Qoşunların “Omeqa” dəstəsinin döyüşçüləri də əməliyyatda iştirak ediblər”.
Moskal həm də keçmiş daxili işlər naziri V.Zaxarçenkonun adını çəkib: “Silahdan istifadə əmrini Daxili İşlər Nazirliyinin “Sokol” xüsusi dəstəsinə məhz Zaxarçenko verib. Bu sənədlər əsasında Baş Prokurorluq cinayət işi qaldırmalıdır”.

Modern.az