Modern.az

Putin Obama ilə Ukraynanı müzakirə etdi

Putin Obama ilə Ukraynanı müzakirə etdi

Təhsil

24 Fevral 2014, 16:44

Rusiya prezidenti Vladimir Putin ABŞ dövlət başçısı Barak Obama ilə telefon danışığında Ukraynadakı vəziyyəti müzakirə edib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kreml bu barədə yazılı açıqlama yayıb. Məlumata görə V. Putin Ukraynadakı gərginliyin aradan qaldırılması məsələsini ABŞ prezidentinə çatdırıb. Bununla yanaşı Suriya münaqişəsi, İranın nüvə proqramı mövzusunda da fikir mübadiləsi aparılıb.

Sonda isə ABŞ prezidenti Barak Obama Soçi Qış Olimpiadasının başa çatması münasibəti ilə Kreml rəhbərini təbrik edib. 


Aqşin Kərimov
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı