ABŞ BİA-nin dəstəyi ilə “Qadınlararası Həmrəylik” İctimai Birliyi və “Konstitusiya” Araşdırmalar Fondu yeni layihəyə start verib. Bu barədə Fonddan Modern.az-a məlumat verilib. “Qadınlararası Həmrəylik” İctimai Birliyi və “Konstitusiya” Araşdırmalar Fondu bu ilin yanvar ayından etibarən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Qadın İştirakçılığı Proqramı çərçivəsində Kounterpart İnterneşnl təşkilatının maliyyə dəstəyi ilə “Qadın Sahibkarlığı və Məşğulluğunun Dəstəklənməsi üzrə İctimai Maraqların Qorunması” layihəsinin icrasına başlayıb.
Layihənin məqsədi qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması, onların məşğulluq səviyyəsinin gucləndirilməsi və bu məqsədlə müvafiq imkan və şəraitin formalaşdırılmasına yardım göstərməkdir. Fəaliyyətin əsas hədəf qrupları regionlarda yaşayan qadınlar, təhsil alan gənc qızlar, qadın təşkilatları, icmalarda fəaliyyət göstərən qadınlar, dövlət orqanları və özəl sektor, yerli özünüidarəetmə orqanları, məşğulluq və sahibkarlıq məsələləri üzrə məsul olan dövlət qurumlarıdır. Layihə çərçivəsində regionlarda ictimai müzakirələr, dialoqlar, təlimlər, məktəblərdə müəllim, şagird və valideynlərlə görüşlər keçiriləcək. Eyni zamanda qadın sahibkarlı üçün şərait və imkanların genişləndirilməsinə yardım göstərmək üçün siyasət sənədi hazırlanacaq.Layihə ümumilikdə 17 ay ərzində həyata keçiriləcək və 4 rayonu əhatə edəcək
Modern.az