Modern.az

Qazaxıstanlı qubernatorun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gələcək

Qazaxıstanlı qubernatorun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gələcək

Təhsil

24 Fevral 2014, 17:16


Qazaxıstan Respublikası Manqistau vilayətinin qubernatoru Alik Aydarbayevin başçılıq etdiyi nümayəndə heyəti fevralın  27-dən martın 1-nə kimi  ölkəmizdə işgüzar səfərdə olacaq. Səfər çərçivəsində Azərbaycanın bir sıra sənaye və iqtisadiyyat sənayesini tənzimləyən nazirliklərdə və şirkətlərdə görüşlər keçiriləcək. Qonaqların  Azərbaycan Respublikası iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Azərbaycan-Qazaxıstan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfdən həmsədri, energetika naziri Natiq Əliyev, “Azərenerji” ASC-nin prezidenti E. Pirverdiyev, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə görüşlər nəzərdə tutulur.

Rəsmi nümayəndə heyətinin səfərin zamanı həmçinin iki ölkənin hökumətlərarası iqtisadi əməkdaşlıq Komissiyanın 10-cü iclasında nəzərdə tutulan 2014-cü ildə Bakı şəhərində müvafiq biznes forumun keçirilməsi, Azərbaycanda İnvestisiyaların və İxracın Təşviqi Fondunda (AzPromo) görüş və Azərbaycanın Qazaxıstanda iqtisadi layihələrdə iştirak etmək niyyətində olan şirkət rəhbərlərinin iştirakı ilə biznes forumun təşkil olunması da gözlənilir. Azərbaycanın Qazaxıstandakı Baş konsulu Rəşad Məmmədovun sözlərin görə, Manqistau vilayəti ilə olan dostluq, ikitərəfli əməkdaşlıq əlaqələrinin davamı kimi iqtisadiyyat və sənaye sahəsində də yeni nailiyyətlər əldə etmək lazımdır.

Ləman Ağayeva,
Aktau

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı