Modern.az

Fövqəladə Hallar Nazirliyi Bakıdakı maraqlı hadisə barədə məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi Bakıdakı maraqlı hadisə barədə məlumat yaydı

Təhsil

27 Aprel 2014, 01:03

Fövqəladə Hallar Nazirliyi aprelin 27-nə keçən gecə Bakıda baş vermiş maraqlı hadisə barədə məlumat yayıb. Məlumata görə, FHB-in “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 1 nəfər vətəndaş ağaca çıxaraq orada köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş 14 metr hündürlüyü olan ağacda köməksiz vəziyyətdə qalan pişiyə kömək etmək məqsədi ilə ağaca qalxıb və daha sonra aşağı enə bilməyib. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə nərdivan vasitəsi ilə vətəndaşı müvafiq qaydada ağacdan endirib və aidiyyətı üzrə təhvil veriblər.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı