
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Serbiya Respublikasının keçmiş Prezidenti Boris Tadiçi qəbul edib.
Görüşdə Azərbaycan ilə Serbiya arasında siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi bildirilib, münasibətlərimizin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi vurğulanıb.
Söhbət zamanı Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunun beynəlxalq əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.
Prezident İlham Əliyev aprelin 27-də Xorvatiya Respublikasının keçmiş Prezidenti Stepan Mesiçini də qəbul edib.
Görüşdə Azərbaycan ilə Xorvatiya arasında əlaqələrin müxtəlif sahələrdə dinamik inkişafından məmnunluq ifadə edilib, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb, Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunda müzakirə ediləcək məsələlərin ölkələrarası əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti qeyd olunub.
Prezident İlham Əliyev bu gün həmçinin İsrail Dövlətinin keçmiş Baş naziri Ehud Barakı qəbul edib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi bildirilib. Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunun ölkələrarası əməkdaşlığın davamlı inkişafı ilə bağlı müzakirələr aparılması üçün yaxşı imkan yaratdığı vurğulanıb.
Prezident İlham Əliyev aprelin 27-də Finlandiya Respublikasının keçmiş Prezidenti xanım Tarya Haloneni qəbul edib.
Finlandiya Respublikasının keçmiş Prezidenti xanım Tarya Halonen dünyada dərin maliyyə və iqtisadi böhranın hökm sürdüyü dövrdə Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurların onda dərin təəssürat yaratdığını deyib.
Dövlətimizin başçısı ölkəmizdə bütün sahələrdə olduğu kimi, iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun inkişafına böyük önəm verildiyini vurğulayıb.
Görüşdə Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunun əhəmiyyətindən danışıldı.
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 27-də Bolqarıstan Respublikasının keçmiş Prezidenti Petar Stoyanovu qəbul edib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndiyi vurğulanıb, Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunun əməkdaşlığın möhkəmləndirilməsinə dair müxtəlif məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağı bildirilib.
Modern.az