Modern.az

Nazirlik Heydər Əliyevin ildönümü ilə bağlı yarışlar keçirəcək

Nazirlik Heydər Əliyevin ildönümü ilə bağlı yarışlar keçirəcək

Təhsil

29 Aprel 2014, 11:56

Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyinDƏ (ƏƏSMN) ilk dəfə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə idman yarışlarına başlanılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorundan Modern.az-a verilən məlumat görə, nazirlik strukturlarının əməkdaşlarından ibarət komandalar arasında ilk dəfə olaraq idman yarışları (mini-futbol və şahmat turnirləri) keçiriləcək.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vurğulayıb ki, bu gün Azərbaycan inkişaf dinamikası baxımından dünya dövlətləri arasında ön sıralardadır.

Təbii ki, bu inkişafın əsasında Heydər Əliyevin müəllifi olduğu dövlət quruculuğu strategiyası dayanır: “Cənab Prezident İlham Əliyev ölkəyə rəhbərliyə başladığı dövrdən Heydər Əliyevin uzaqgörən siyasətini yeni çağırışlar əsasında məharətlə inkişaf və davam etdirir. Ölkədə həyata keçirilən mükəmməl islahatlar konsepsiyasının müəllifi kimi Prezident İlham Əliyev iqtisadi inkişafın Azərbaycan modelini yaradıb”. S.Müslümov  bildirib ki, son illər uğurla həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə yoxsulluq və işsizlik səviyyəsi kəskin şəkildə azalıb, vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasına nail olunub, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsi gücləndirilib.

Daha sonra S.Müslümov Heydər Əliyevin idman sahəsinə göstərdiyi diqqət və qayğıdan, bu gün Azərbaycanda idmanın surətli inkişafı istiqamətində cənab Prezident İlham Əliyevinreallaşdırdığı tədbirlərdən bəhs edib.

Nazir Heydər Əliyevin doğum günü ərəfəsində müxtəlif tədbirlərin həyata keçiriləcəyini nəzərə çatdırıb: “Bunlardan biri də mini-futbol turniri və şahmat turniridir. Belə idman turnirləri gənclərin sağlam həyat tərzinə daim sadiq qalmalarında mühüm əhəmiyyətə malikdir”.S.Müslümov turnirlərin iştirakçılarına mübarizə əzmi və qələbə sevincləri arzulayıb.

Qeyd edək ki, mini-futbol turnirlərinin qalibləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində müəyyən olunacaq. Qalib komandalara kubok və medallar təqdim ediləcək.


 

Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı