Tanınmış italyan saksafonçusu Federiko Mondelçi ötən gün Azərbaycan işğal altındakı Xankəndi şəhərində konsert proqramı ilə çıxış edib. Xankəndi “Gənclər sarayı”nda baş tutan konsert proqramında italyan saksafonçu Corc Qerşvin və “The Beatles” qrupunun repertuarından mahnılar ifa edib.
Dünyanın aparıcı saksafonçularından biri kimi tanınan Mondelçi İtaliyada Rossini adına Konservatoriyanı daha sonar isə Fransada Bordo Konservatoriyasını bitirib. Məşhur La Skala (Milan) filarmonik orkestrin təkibində dünya turnesində çıxış edib. 1990-cıl ildən isə dirijor kimi həm müasir, həm də klassik musiqiləri ifa edib.Xatırladaq ki, bir sıra avropalı, o cümlədən italiyalı musiqiçilər Dağlıq Qarabağa qanunsuz səfərlər etdikləri üçün Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahı”sına daxil ediliblər. Ehtimal ki, F. Mondelçi də “persona non qrata” elan ediləcək.
Vüqar İsmayılov