Azərbaycan Gənclər və İdman nazirinin müavini İntiqam Babayev “nurçu”cəryanına üzvü olması barədə KİV-də yayılmış məlumatlara aydınlıq gətirib. Modern.az bildirir ki, nazir müavini bununla bağlı sualı gülüşlə qarşılayıb. “Mənim nurçulara heç bir əlaqəm yoxdur. Azərbaycan jurnalistlərinə ciddi olmağı arzulayıram. İstəməzdim ki, belə yazılar yazanların peşəsi dırnaq arasında yazıslın",- deyə İ.Babayev bildirib. Onun sözlərinə görə, barəsində yazılanlar həqiqəti əks etdirmir və yalandır.
Modern.az