Modern.az

Temperatur bəzi yerlərdə 30 dərəcəyə çatacaq

Temperatur bəzi yerlərdə 30 dərəcəyə çatacaq

Təhsil

29 Aprel 2014, 13:12

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, aprelin 30-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir tutulacaq. Gün ərzində hava əsasən yağmursuz olacaq, səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-qərb küləyi arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 9-13, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Azərbaycanın bölgələrində hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq, qərb küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 9-14, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

 

Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı