Modern.az

Fransanın Azərbaycandakı səfirliyi Leyla və Arif Yunuslar üçün 5 illik viza veribmiş

Fransanın Azərbaycandakı səfirliyi Leyla və Arif Yunuslar üçün 5 illik viza veribmiş

Təhsil

29 Aprel 2014, 13:22
“Aprelin 28-də iki saat ərzində Fransanın Azərbaycandakı səfirliyi Leyla və Arif Yunuslar üçün 5 illik viza rəsmiləşdirib”.

Bu barədə APA-ya diplomatik mənbədən məlumat daxil olub. Məlumata görə, məqsəd Leyla və Arif Yunusları ölkədən çıxararaq, onları Fransada yerləşdirmək olub.

Verilən məlumatda o da bildirilib ki, bu məsələdə Fransanın Azərbaycandakı səfirliyinə ABŞ-ın Azərbaycandakı səfirliyi də dəstək verib.

Mənbə qeyd edib ki, həmin gün Parisə təyyarə reysi olmasına baxmayaraq, Yunus ailəsinin Azərbaycandan Dohaya yola salınması planlaşdırılıb: “Daha sonra isə onlar Parisə yola salınacaqlarmış”.


Qeyd edək ki, aprelin 28-də saat 23:00 radələrində L. Yunus və həyat yoldaşı Arif Yunus Fransanın Azərbaycandakı səfirliyinin katibi və ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili, həmçinin “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin müşayiəti ilə hava limanına gəliblər.


Lakin Azərbaycan hüquq-mühafizə orqanları onları hava limanında saxlayıb və geri qaytarıb.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı