Modern.az

Müsavatın Hacıbala Abutalıbova qarşı məhkəməsi təxirə salındı

Müsavatın Hacıbala Abutalıbova qarşı məhkəməsi təxirə salındı

Təhsil

29 Aprel 2014, 13:45

Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı qaldırdığı iddia üzrə keçiriləcək məhkəmə prosesi təxirə salınıb. Partiya başqanının müavini Gülağa Aslanlı Modern.az-a bildirib ki, hazırlıq iclası bu günə təyin olunsa da, BŞİH nümayəndəsi məhkəməyə gəlməyib. “Buna görə də proses təxirə salınaraq, mayın 12-nə təyin olunub”.

Xatırladaq ki, Müsavat Partiyası qurultay keçirmək məqsədilə yer ayrılması üçün müraciəti cavabsız qaldığını əsas gətirərək, Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib. Məhkəmə iddiasına 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsində baxılır.

 

Modern.az

   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...