“Azərbaycanda fəhlələr olmadığından fəhlələrin həmrəyliyinə də zərurət yoxdur”. Bunu təəccüblü açıqlamanı Modern.az-a Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə verib. “1 May bayramı – dünya zəhmətkeşlərinin həmrəylik günüdür. Kim ki, zəhmətkeşlərin hüququnu qorumaq istəyir, onlar həmin gün nümayiş keçirirlər və bu, kommunist dövründən, SSRİ-dən qalma deyil. Bu bayramın təməli ABŞ-da qoyublar”.
ASDP sədri qeyd edib ki, partiya həmin tarixdə tədbir keçirməyəcək. “Bir neçə ildir ki, 1 may tədbiri keçirmirik, bu il də belə olacaq. Çünki insanlar buna heç bir reaksiya vermirlər. Südabə Həsənovanın təbirincə desək, Azərbaycanda fəhlələr olmadığından fəhlə ittifaqına da zərurət yoxdur”.Ayşən Mönsümlü