Modern.az

İlham Əliyev Yaponiya Olimpiya Agentliyinin rəhbəri ilə görüşüb

İlham Əliyev Yaponiya Olimpiya Agentliyinin rəhbəri ilə görüşüb

Təhsil

29 Aprel 2014, 15:11

Azərbaycan prezidenti İlham Əliyev Yaponiya Nazirlər Kabineti nəzdində Olimpiya Agentliyinin rəhbəri, baş nazirin səhiyyə və idman məsələləri üzrə xüsusi müşaviri Takeo Hiratanı qəbul edib.


Modern.az xəbər verir ki, görüşdə T.Hirata Azərbaycana ötən səfərlərini və Heydər Əliyevlə görüşünü böyük ehtiramla xatırlayıb.

O, ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib.
 

Prezident İlham Əliyev isə ölkəmizdə bütün sahələrin inkişafı ilə bağlı ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulayıb.
 

Görüşdə Azərbaycanla Yaponiya arasında müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı