Modern.az

"Ağıllı Sinif" layihəsinin açılış mərasimi keçirilib - FOTOLAR

"Ağıllı Sinif" layihəsinin açılış mərasimi keçirilib - FOTOLAR

Təhsil

29 Aprel 2014, 15:18

Modern.az xəbər verir ki, bu gün Gənclər və İdman Nazirliyi, “Dünya Türk Gənclər Birliyi” İctimai Birliyi, Cənubi Koreyanın “SK Telecom” şirkəti və Sungshin Universiteti ilə hazırlanan "Ağıllı Sinif" ("Smart Class") layihəsinin açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən Gənclik, Mədəniyyət, İncəsənət və Elm Evinin rəhbəri Elşad Abdullayevin sözlərinə görə, layihənin fərqləndirici xüsusiyyətləri odur ki, layihə iştirakçıları dərs vəsaiti kimi Microsoft əsaslı proqramlardan istifadə edə bilir, layihə şagirdlərin interaktiv tədris prosesinə marağının artmasına, dərs zamanı müəllim və şagirdlərə yaradıcılıq imkanları təmin edən proqram həllinə, müəllimə sinfi, dərs prosesini, şagirdlərlə qarşılıqlı ünsiyyəti daha yaxşı qurmağa imkanı verir.
"Smart Class" layihəsinin icrası zamanı "Dünya Türk Gənclər Birliyi" İctimai Birliyinin layihəsi olan və Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşən Azərbaycan Gənclik, Mədəniyyət, İncəsənət və Elm Evinin böyük konfrans zalı əsaslı təmir edilib.

Avadanlıqlardan rahat istifadə olunması üçün xüsusi qurğular yaradılıb. Bu layihə çərçivəsində istifadə olunacaq avadanlıqlar Cənubi Koreyanın "SK Telecom" şirkəti tərəfindən təmin edilib. Layihənin meneceri H. Rəfilinin sözlərinə görə, "Smart Class" layihəsi çərçivəsində hər sinifdə 25 nəfərin iştirakı üçün bütün lazımi şərait yaradılıb. Bu layihənin bbaşqa müsbət cəhəti də ondan ibarətdir ki, Gənclər Evi və "Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardımı" İctimai Birliyi tərəfindən həyata keçirilən "Distant Təlim: Paytaxtdan Regionlara" layihəsi zamanı "Smart Class" layihəsinin imkanlarından istifadə edilərək, təlimdən artıq təhsilə keçidin əsası qoyulub. Həm paytaxtda, həmdə regionlarda olan gənclərə hər iki layihə daxilində tədris olunan dərsləri daha rahat və aydın şəkildə çatdırıb, onlara özlərini inkişaf etdirməyə şərait yaradılacaq”.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, Azərbaycan dövlətinin siyasətinə uyğun olaraq, gənclərin İKT biliklərinə yiyələnməsi üçün yeni layihə icra edilir: "Azərbaycan dövləti bu gün gənclərə yaxşı yaşamaq şansı verməyə çalışır. Bu gün gənclərlə bağlı onlarla proqram icra edilir. Onların adları fərqli olsa da, hamısı gənclərə yaxşı yaşamaq üçün şanslar verir. Gənclərin bu şanslardan necə istifadə edə bilməsi isə başqa məsələdir".

Təqdimat zamanı Koreya Universiteti ilə sosial şəbəkə vasitəsilə danışıq baş tutub. Onlar da bu cür layihənin Azərbaycanda keçirilməsindən məmnuniyyətlərini bildiriblər və layihəyə uğurlar arzu ediblər.


Ulduz İBRAHİMOVA

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı