Bu gün saat 16 radələrində Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus 6 saat davam edən sorğu-sualdan sonra jurnalistlərin qarşısına çıxaraq, onların bir sıra suallarına cavab verib.
Musavat.com-un reportyoru Cavanşir Abbaslının verdiyi məlumata görə, L.Yunus istintaqda nəyə görə ittiham olunduğu barədə danışaraq deyib ki, bu, hələ onun özünə də məlum deyil.
L.Yunus bildirib ki, ona verilən suallardan heç cür anlamayıb ki, onu nədə ittiham etmək istəyirlər. Müstəntiq Y.Yunusdan jurnalist Rauf Mirqədirovla dost olub-olmadığını soruşub.
Bundan başqa, o, bildirib ki, onun sorğu-suala tutulması heç də 6 saat deyil, dünən gecə yarısından başlayıb.
Bundan sonra L.Yunus vəkili Xalid Bağırovun müşayiətilə rəhbərlik etdiyi institutun ofisinə yollanıb. Onlara orada axtarış aparılacağı bildirilib.
Qeyd edək ki, L.Yunus və əri Arif Yunus dünən gecə ölkəni tərk etmək istəyərkən aeroportda saxlanılıblar.

Modern.az