Modern.az

Akif Əli İctimai Televiziyada yeni veriliş açdı

Akif Əli İctimai Televiziyada yeni veriliş açdı

Təhsil

5 May 2014, 10:08


Tanınmış yazıçı-publisist, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli İctimai TV-nin efirində yeni verilişlə tamaşaçılar qarşısına çıxıb. Modern.az-ın xəbərinə görə, "Vətənin Səsi" adlı verilişin mövzusu Azərbaycan diasporu, xaricdə yaşayan azərbaycanlılarla əlaqə, Vətən məhəbbətidir.

Proqramın ilk sayı mayın 3-də gecə saat 00-30-da efirə gedib. Verilişin müəllifi və aparıcı Akif Əlinin özüdür.
Qeyd edək ki, Akif Əli "Mədəniyyət" kanalında efirə gedən "Zaman və məkan" verilişinin də aparıcısıdır.

Xatırladaq ki, İctimai TV-nin efirində bundan öncə diaspor mövzusunda “Qərib axşamlar” verilişi yayımlanırdı ki, onun da aparıcısı telejurnalist Yusif Günaydın idi. Həmin veriliş bir müddət öncə bağlanıb.

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!