Modern.az

Nazirliyin “Qaynar xətt”inə edilən müraciətlərin sayı azalıb

Nazirliyin “Qaynar xətt”inə edilən müraciətlərin sayı azalıb

Təhsil

5 May 2014, 10:32


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142 - “Qaynar xətt”inə əlillik məsələləri üzrə edilən müraciətlər 57,8 faiz azalıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumat görə, belə ki, cari ilin aprel ayında “Qaynar Xətt”ə müraciətlərin ümumi sayı ötən ilin müvafiq dövrünə nisbətən 30 faiz azalaraq 505-ə enib. Həmçinin ötən ay müraciətlərin sayı əlillik və reabilitasiya məsələləri üzrə 57,8 faiz azalaraq 47-yə, məşğullula bağlı 33 faiz azalaraq  20-yə, əmək hüquqlarının təminatı ilə əlaqədar 45 faiz azalaraq 15-ə düşüb. Ünvanlı dövlət sosial yardımı, sosial müavinət və sosial xidmət məsələləri üzrə isə 142-“Qaynar Xətt”ə 423 müraciət daxil olub ki, bu da ötən ilin aprel ayı ilə müqayisədə 23,4 faiz azdır.

Qeyd edək ki, əksər müraciətlər sorğu xarakterli olub və hər bir müraciət nazirliyin aidiyyatı struktur bölmələrinin mütəxəssislərinin iştirakı ilə cavablandırılıb. Ayrı-ayrı şikayət məzmunlu müraciətlər isə operativ və obyektiv şəkildə araşdırılaraq müvafiq tədbirlər görülüb.

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı