Modern.az

Tələbələrə xüsusi təqaüdün verilməsi üzrə müsabiqənin nəticələri açıqlandı

Tələbələrə xüsusi təqaüdün verilməsi üzrə müsabiqənin nəticələri açıqlandı

Təhsil

5 May 2014, 11:29

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 4-də ali təhsil müəssisələrinin tələbələrinə Dövlət Neft Şirkətinin (ARDNŞ) təqaüd proqramına namizədlərin seçim imtahanının I mərhələsi olan test imtahanını keçirib. Modern.az-ın TQDK-ya istinadən verdiyi məlumata görə, imtahanın nəticələri elə elə həmin gün TQDK-nın internet saytında yerləşdirilib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1972 nəfər namizəddən 336 nəfəri imtahana gəlməyib. 1636 nəfəri imtahanda iştirak edib. Ən yüksək nəticə 40 bal olub.

İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edəcəklər. Müsahibəni ARDNŞ-nin məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.

Misranə Həsənzadə 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı