Modern.az

Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri sabah görüşəcəklər

Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri sabah görüşəcəklər

Təhsil

5 May 2014, 11:50

Mayın 6-da Gürcüstanın Milli kitabxanasında “Tbilisi sammiti 2014” adlı beynəlxalq forumu  keçiriləcək. Modern.az xarici mətbuata istinadən bildirir ki, tədbiri Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri açacaqlar. Məlumatda qeyd edilir ki, Gürcüstanın dövlət başçısı Georgi Marqvelaşvili Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Abdullah Gülü şəxsən qəbul edəcək. Sammitdə son 20 ildə üç ölkənin iqtisadi, ticarət, nəqliyyat və energetika sahəsindəki əməkdaşlığının nəticələri müzakirə olunacaq. Azərbaycan, Türkiyə və Gürcüstan  nümayəndə heyətləri hazırkı və gələcək üçün planlaşdırılan layihələri müzakirə edəcəklər. Sammit çərçivəsində prezidentlərin üçtərəfli və ikitərəfli görüşlərinin keçirilməsi də planlaşdırılır.

“Tbilisi sammiti 2014”ün keçirilməsi Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin Bakı və Ankaraya səfərləri zamanı planlaşdırılıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı