Modern.az

“Böyük İpək Yolu” Avropa Şurasının Fransada keçirilən konfransında iştirak edib

“Böyük İpək Yolu” Avropa Şurasının Fransada keçirilən konfransında iştirak edib

Təhsil

5 May 2014, 12:20


«Böyük İpək Yolu”  Beynəlxalq Gənclər İttifaqı Fransanın Strasburq şəhərində keçirilmiş “İkinci dünya müharibəsinin xatirəsi” adlı konfransda iştirak edib. Modern.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidmətindən məlumat verilib.

1-5 may tarixində keçirilmiş tədbir Avropa Şurası və Rusiyanın Uşaq və Gənclər Təşkilatları  Şurasının təşkilatçılğı ilə  Strasburqdakı Avropa Gənclər Mərkəzində keçirilib. Toplantı ikinci dünya müharibəsinin başa çatmasına həsr olunub.

Konfransda Avropa Şurasına üzv ölkələr, MDB ölkələrinin gənclər təşkilatının 50 nəfərlik nümaynədə heyəti ilə iştirak edib.

Tədbir çərçivəsində keçirilən dəyirmi masalar zamanı iştirakçılar Avropa Şurasının prioritetləri haqqında danışlıb və müharibə dəhşətlərinin qarşısının alınmasında apardığı fəaliyyət müzakirə edilib. Seminarda gənclər üçün foto müsabiqə elan olunub.  Müsabiqədə iştirak edən fotolar sonra Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyası zamanı təqdimatı keçirləcək və şəkillər Avropa ölkələrinin paytaxtlarına nümayiş olunacaq.

“Böyük İpək Yolu” BGT-ni  təşkilatını katibiliyin üzvü Toğrul Tağızadə təmsil edib.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı